"Gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkili orqanlarda qadınların sayı artırılmalıdır. Bildirim ki, vaxtilə bələdiyyələrdə qadınlar 3 % idisə, indi vəziyyət dəyişib. Bu rəqəm 40 %-ə yaxındır”. Asayis.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.
"Hər gün mətbuatda qadınların öldürülməsi ilə bağlı xəbərlərə rast gəlirik. Görürük ki, qardaş bacısını öldürdü, ər arvadını baltaladı və s. tipli xəbərlər var. Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur. Burada "TikTok"un, sosial şəbəkələrin rolu var. Hətta bu cinayərlər istənilən yerdə baş verir, küçədə, konset salonlarında və s. Qeyd edim ki, əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Rusiyadan gəlib birinci həyat yoldaşını öldürür. İkincisi gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyada da bunu tərənnüm edən seriallatın qarşısı alınmalıdır. Bilməyənləri də serial vasitəsi ilə öyrədirlər ki, necə öldürmək olar”, - deyə o bildirib.