"Avtobus zolaqlarına digər avtomobillərin daxil olması əsas problemlərdəndir"

Avtobus zolaqlarına digər avtomobillərin daxil olması əsas problemlərdəndir. Asayis.Az xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. "Bunun qarşısını almalıyıq. Bununla yanaşı, avtobus dayanacaqlarında avtomobillərini parklayanlar var. Odur ki, avtobus zolaqları, avtobus dayanacaqları ilə bağlı qaydalar sərtləşdirilməlidir. Bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin tətbiq edilməsi nəzərdə tutulur və bu istiqamətdə nəzarət gücləndiriləcək, - deyə o qeyd edib.

13:15 - 19 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin