Polis əməkdaşı Füzulidə minaya düşdü

 Polis əməkdaşı Füzulidə minaya düşdü

İyunun 26-sı saat 21.00 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 1989-cu il təvəllüdlü İlham Salmanov xəstəxanaya yerləşdirilib və hazırda onun vəziyyəti qənaətbəxşdir.


Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

00:14 - 27 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin