Hava limanında axşamdan qalan çay 3 manat, təzəsi 5 manat...

 Hava limanında axşamdan qalan çay 3 manat, təzəsi 5 manat...

Jurnalist Aqil Ələsgər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerləşən iaşə obyektlərindən birində rastlaşdığı gözlənilməz vəziyyətlə bağlı paylaşım edib.

Asayis.Az xəbər verir ki, jurnalist ondan köhnə çaya görə, 3 manat pul alındığını deyib:

"Deməli, səhər aeroportun 2-ci terminalında bu kafedən 3 manata bir stəkan çay aldıq. İkinci dəfə çay istədikdə, növbə dəyişmişdi və satıcı qadın kartımızdan hər çaya görə 5 manat çıxdıqda, 15 dəqiqə ərzindəki qiymət artımının səbəbini soruşduq. 

Hətta köməkçisinin belə çayın qiyməti ilə bağlı bizim mövqeyimizi bölüşən, ancaq bazar alverçisi təfəkkürü ilə aeroportumuzda xidmət göstərən və öz iddiasında qalan mübarəkin cavabı möhtəşəm idi:

- Səhər sizə axşamdan qalan boyat çay veriblər. Ona görə qiyməti elə olub", - o yazıb.

13:00 - 15 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin