Daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisində daha bir islahat həyata keçirib.
Məlumata görə, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandirinə birinci müavin təyin edilib. Bu vəzifəyə polkovnik-leytenant Eyvaz Şahverdiyev təyin edilib.
Qeyd edək ki, buna qədər Eyvaz Şahverdiyev Bakı şəhər DYP İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.