Silahlı şəxslər 4 uşağı öldürdü

 Silahlı şəxslər 4 uşağı öldürdü

Ekvadorda evə basqın edən silahlı şəxslər 4 nəfər uşağı öldürüb. Asayis.Az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Guayaquil şəhərinin Quasmo Sur rayonunda bir evə girən silahlı şəxslər ətrafa təsadüfi atəş açıb.

Hücumda evdə olan 4 uşaq ölüb, ana isə ağır yaralanıb. Səlahiyyətlilərin verdiyi açıqlamada hücum edənlərin əsas hədəfinin qonşuluqdakı başqa bir ev olduğu və bu səbəbdən hücuma məruz qalan evdəki insanların hadisə ilə heç bir əlaqəsinin olmadığı bildirilib.

Ölən uşaqlardan birinin 5 aylıq körpə, digərlərinin isə 3, 5 və 7 yaşlarında olduğu bildirilib.

Hücumla bağlı genişmiqyaslı əməliyyata başlanılıb.

14:15 - 14 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin