Apple-ın ilk qatlanan smartfonu Kontakt-da satışa çıxdı

 Apple-ın ilk qatlanan smartfonu Kontakt-da satışa çıxdı

Apple-ın ilk qatlanan smartfonu iPhone Duo artıq Azərbaycanda rəsmi satışdadır. Yeni modelin satışına oktyabrın 30-da start verən Kontakt ilk gündən böyük maraqla qarşılaşıb. Oktyabrın 29-dan 30-na keçən gecə isə öncədən sifariş verən müştərilərə telefonları çatdırılıb. İlk iPhone Duo-lardan biri Xalq artisti Röya Ayxana təqdim olunub.

Gecə saat 00:01-də başlayan çatdırılma ilə müştərilər Apple-ın yeni modelinə ilk sahib olanlar sırasında yer alıblar. Məhsula marağın yüksək olmasını nəzərə alan Kontakt stokları mütəmadi yeniləyir.

İki rəngdə təqdim olunan iPhone Duo Kontaktın bir çox mağazasında sərgilənir. Yeni telefonla yaxından tanış olmaq istəyənlər İnşaatçılar və Bakıxanov stansiyası mağazalarındakı Azərbaycanda ilk rəsmi Apple Shop zonalarına yaxınlaşaraq onu sınaqdan keçirə bilərlər.

Kontakt yeni modelin satışına xüsusi təkliflə də başlayıb. Oktyabrın 30-dan noyabrın 1-dək iPhone Duo-nu endirimli qiymətlə, 18 ay faizsiz, ayda 329 manat 44 qəpikdən başlayan ödənişlə əldə etmək mümkündür.

Yeni iPhone Duo-nun mövcudluğu, qiyməti və sifariş şərtləri barədə ətraflı məlumatı kontakt.az saytından əldə etmək olar.

Xatırladaq ki, Kontakt Azərbaycanda Apple brendinin rəsmi satış mərkəzidir. Şəbəkədəki Apple məhsulları orijinallıq təminatı və qlobal zəmanətlə satılır. Bu xüsusi zonalarda Apple cihazları vahid ekosistem şəklində nümayiş olunur. Ziyarətçilər cihazların bir-biri ilə necə işlədiyini yerində sınaqdan keçirə, brendin beynəlxalq təlimlərini keçmiş ekspertlərdən seçim və istifadə ilə bağlı məsləhət ala bilərlər.

17:54 - 29 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin