Salyan rayonunda 2002-ci ildə Ərşan Cəfərov Keran aldığı şəxsi bıçaqlayıb. Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 5-də, saat 16.30-da Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkın ərazisində baş verib. Ərşan orada Keran ilə aralarında şəxsi münasibətlər mübahisə edib. Bu zamanb Keran onu baş zərbəsi ilə bir dəfə vurub. Daha sonra Ərşan həmin gün, saat 17 radələrində parkın giriş-çıxış qapısında Keranın çəkdiyi siqaretin kötüyünü ona tərəf ataraq,b təhqiredici ifadələr işlətməklə üzərinə yenidən hücum edərkən üstündə gəzdirdiyi deşici-kəsici alətlə onu bir dəfə vurub. Hadisəni törədən Ərşanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ititham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə Ərşan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Salyan rayonu Arbatan kəndində yaşayır, Vətən müharibəsinin iştirakçısıdır:
“Salyan şəhər sakini Keranı əvvəllər tanımamışam. Mayın 5-də, saat 16.30-da yoldaşlarımla birlikdə Salyan Rayon İcra Hakimiyyəti binasının qarşısında yerləşən “Zeus” çayxanasından çıxaraq icra hakimiyyəti binasının qarşısında yerləşən parka getdik. Parkda telefonla danışmaq üçün yoldaşlarımdan kənara ayrıldım, fəvvarələr olan yerə getdim. Orada bir qızla oğlanın söhbət etdiklərini, bir-birlərini qucaqlayıb ucadan deyib güldüklərini gördüm. Oğlanı yanıma çağıraraq ona mədəni şəkildə öz iradımı bildirdim. Ona ərəkətlərinə fikir verməsini dedim. Bu zaman adını sonradan bildiyim Keran mənimlə yaxınlaşaraq burada nə baş verdiyini soruşdu. Həmin vaxt Keranın adını sonradan bildiyim əmisi oğlu Tural da onunla birlikdə olub.
Keran mənə oğlanın istədiyi qızla parkda istədiyi hərəkəti edə biləcəyini dedi. Mən isə razılaşmayaraq etirazımı bildirdim. Keran yaxamdan tutaraq söhbət etmək istədiyini dedi. Məni kənara, ağaclar olan yerə apardı. Keran orada yenə də oğlanın istədiyi qızla parkda istədiyi hərəkəti edə biləcəyini dedi. Mən isə həmin oğlana irad tutula biləcəyimi dedim. Keranla aramızda mübahisə yarandı. Keran gözləmədiyim halda başı ilə sifət və burun nahiyəmə zərbə vurdu. Burnumdan qan açıldı. Mən əlim ilə üzünü tutub fəvvarələr tərəfə gedərək üzümün qanını yudum. Bu zaman yoldaşlarım Rüfət və Rəşad yanıma gəldilər. Tural isə Keranı parkın çıxışına tərəf apardı. Əli-üzümü yuduqdan sonra yoldaşlarım ilə parkın çıxışına tərəf getdim. Parkın çıxışına çatdıqda Keranın əmisi oğlu Turalla birlikdə dayanaraq siqaret çəkdiyini gördüm. Mən əks istiqamətdə getmək istədikdə, Keranın mənə tərəf gəldiyini gördüm. Ona görə də getməyi özümə sığışdırmayaraq dayındım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Keran ona çatıb, barmaqları arasında tutduğu siqareti onun sifətinə çırpıb:
“Keran yekəxana tərzdə uca səslə “budur sənin yaşayışın, hamı baxıb görsün sənin yaşayışını” - dedi. Mən isə Kerana “get öz yaşayışına bax, gör özün nə gündəsən”-deyə cavab verdim. Sonra isə Kerana danışığına fikir verməsini, artıq başının xarab olmasını, əlimdən xata çıxa biləcəyini dedim. Bu anda Keran məni vurmaq üçün üzərimə hücum etdi. Keranı qorxutmaq üçün şalvar cibimdə gəzdirdiyim qatlanan bıçağı çıxırdım, düyməsini basaraq tiyəsini açdım. Lakin Keran əlimdə bıçağı görsə də, dayanmadı və hücum edərək yumruq atdı. Kerana gücüm çatmayacağını gördüm və bıçaqla ona bir zərbə vurdum. Keran əyildi və sol böyrünü tütdu”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra oradan qaçaraq uzaqlaşıb və piyada yaşadığı kəndə gedib:
“Evimizin yaxınlığındakı su kollektorundan keçərkən bıçağı su kanalına atdım. Evə getdim, sonra isə Bakı şəhərinə getdim. Mayın 6-da Bakı şəhərindən qayıtdım. Mayın 7-də isə Salyan Rayon Polis Şöbəsinin işçiləri ilə telefon əlaqəsi saxladım, Arbatan kəndində yerləşən “Elçin” şadlıq sarayının yanında polis əməkdaşların təslim oldum”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Ərfanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Qeyd edək ki, Ərşan Cəfərov Vətən müharibəsinin iştirakçısı olub. O, “Vətən müharibəsi iştiraçısı”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.