Yəni paytaxt restoranlarında fərqli ab-havada təzə ili qarşılamaq istəyənlər üçün depozit bir nəfər üçün minimum 100 manatdan başlayır. Tələb olunan qiymət dəyərində sifariş verib-verməməyinizin isə heç bir önəmi yoxdur. Müəyyən olunan qiymət ödənməlidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu qanun pozuntusu hesab edir:
"Müştəri ilə xidmət göstərən arasında müqavilə bağlanmalıdır. Bu müqavilənin şərtlərində istehlakçının istifadə etmədiyi xidmət üçün ödədiyi pulun qaytarılması məsələsi öz əksini tapmalıdır”.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: