Yeni qatarlar martda istifadəyə veriləcək

 Yeni qatarlar martda istifadəyə veriləcək

Müqaviləyə əsasən 10 qatarın gətirilməsi nəzərdə tutulur. Asayis.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

R.Rüstəmov bildirib ki, onlardaın 4-ü bu ilin sonuna kimi ölkəyə gətiriləcək.

"Artıq biri Bakıdadır. 2025-ci ilin sonuna qədər də digər qatarlar da ölkəmizə təhvil veriləcək. Yeni gətirilən qatarların sınaqlardan sonra gələn ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulur", - deyə sədr əlavə edib.

14:15 - 13 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin