Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.
Bildirilib ki, hadisə “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 MJ 279 DQN-lı avtobusun iştirakı ilə qeydə alınıb. Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramovun verdiyi məlumata əsasən, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.