Üç ildə 1 tondan artıq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb

 Üç ildə 1 tondan artıq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb

Üç il ərzində 1 ton 328 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.


DİN rəsmisi qeyd edib ki, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin 3 ton 216 kiloqramını marixuana, 2 ton 916 kiloqramını heroin, 586 kiloqramını tiryək, 41 kiloqramını həşiş, 455 kiloqramını isə digər narkotik vasitələr təşkil edib.

 

18:08 - 25 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin