Gələn il Bakı şəhərində təmir, yenidənqurma və abadlıq işləri davam etdiriləcək. Bu barədə Ölkə.az Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.
Belə ki, 2024-cü il ərzində Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri aparılacaq.
Hazırda BŞİH bu işləri həyata keçirəcək şirkət axtarışındadır.