Ukraynanın azadlığı və müstəqilliyi uğrunda gedən döyüşlərdə daha bir azərbaycanlı qəhrəman şəhid olub.
Asayis.Az xəbər verir ki, Rusiya ordusu ilə döyüşlərin növbəti qurbanı həmyerlimiz Elxan Ələsgər oğlu Əsgərovdur.
Məlumatı Ukraynada yaşayan diaspor fəalı Ceyhun Məmmədov verib.
Bir neçə hərbi ixtisasa mail olmuş Elxan Əsgərov Ukraynanın Jitomir şəhərində və Britaniyada ali təhsil alıb. Ukrayna Silahlı Qüvvələrinin Hava Desant-Hücum Qoşunlarının 71-ci Briqadasında xidmət edib.
Onun fədakarlığı və hərbi bacarığı çoxlarına nümunə olub.
Allah rəhmət eləsin!