Goranboyda bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xanqərvənd kədində qeydə alınıb. Belə ki, Göyçay rayon sakini 2008-ci il təvəllüdlü Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. 15 yaşlı oğlan hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.