Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 18 min nəfərə çatıb.
Asayis.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Eyni zamanda 49 500-dən çox insan müxtəlif xəsarətlər alıb.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkədə “müharibə vəziyyəti" elan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.