Bayraqla maşın silən taksi sürücüsü saxlanıldı - DİN-dən açıqlama

 Bayraqla maşın silən taksi sürücüsü saxlanıldı - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yaşlı kişinin bayraqla avtomobilini təmizləməsi barədə yayılan videogörüntü ilə bağlı məlumat açıqlayıb.

DİN-in inspektoru Zeyni Hüseynov bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib:

"Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan Soltan Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib".

Qeyd olunub ki, S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər kəsdən üzr istəyib və peşman olduğunu bildirib.

17:16 - 12 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin