Ombudsman Səbinə Əliyevanın atası vəfat etdi

 Ombudsman Səbinə Əliyevanın atası vəfat etdi

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 75 yaşında vəfat edib. “Report”un xəbərinə görə, tanınmış diplomat 8 dekabrda axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub. Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

10:00 - 10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin