Rusiyanın Bryansk şəhərində məktəbdə silahlı insident baş verib.
Asayis.Az TASS-a istinadən xəbər verir ki, şəhərdə 5 saylı gimnaziyada 8-ci sinif şagirdi olan qız odlu silahdan bir neçə dəfə atəş açıb.
Hadisə zamanı 2 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.
Hazırda məktəbin ərazisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb. Hadisəni törədən şagirdin özünə qəsd etdiyi bildirilir.