Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.
Görüntüdən aydın olduğu kimi, 99-XF-555 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozub.
Belə ki, dönmə işığını yandırmayan sürücü sağ zolağa keçib və arxadan gələn baykerə çətin anlar yaşadıb. Motosiklet sürücüsü isə baş verəcək qəza təhlükəsini dəf edib. Daha sonra o, qayda pozan sürücüyə yaxınlaşaraq “Hər vaxtınız xeyir, ağsaqqal. Dayı, sağa keçirsən dönmə işığını yandırmırsan. Az qala baqajdan içəri girəcəkdim. Ehtiyatlı ol” deyə, xəbərdarlıq edib. Sürücü isə gülərək heç bir reaksiya verməyib.