Orta məktəblərdə telefon qadağası - “Şagirdlərin davranış qaydalarına bu tələbi əlavə etmək olar”

 Orta məktəblərdə telefon qadağası - “Şagirdlərin davranış qaydalarına bu tələbi əlavə etmək olar”

Rusiyada “Təhsil haqqında” qanuna dəyişiklik edilib. Belə ki, məktəblərdə dərs zamanı fövqəladə hallar istisna olmaqla mobil telefondan istifadə qadağan olunub. Azərbaycan məktəblərində də telefon qadağasını tətbiq edə bilərikmi? 

Təhsil eksperti İlqar Orucovun sözlərinə görə, Azərbaycanda “Təhsil haqqında”qanunda bununla bağlı müddəa yoxdur. 

O, açıqlamasında deyib ki, qadağanın tətbiqi üçün qanuna dəyişiklik edilməsi mütləq deyil:

“Məktəblərdə şagirdlərin davranış qaydalarına bu tələbi əlavə etmək olar. Şagirdlərin ifrat dərəcədə telefondan istifadə etməsi normal hal deyil. Reallıq budur ki, məktəbə mobil telefon gətirən şagirdlər əskər hallarda ondan lazımsız məqsədlərçün istifadə edirlər. Telefondan istifadədə mənfi meyllərə uşaq yaşlarında daha çox rast gəlinir. Bəzən görürük ki, uşaqlar məktəbdə bir-biri ilə dalaşırlar və digərləri bunu teefonla çəkir, sanki özlərini sübut etmək istəyirlər. 

Hesab edirəm ki, orta məktəblərdə telefondan istifadə tədris prosesinə mənfi təsir edir. Şagirdin fikri yayınır, müasir smartfonlar asılılıq yaradır, bu da azyaşlı və yeniyetmələrin psixologiyasına, sağlamlığına təsirsiz ötüşmür. Mobil telefonlardan istifadə həm də şagirdlərin yaşlarına uyğun olmayan informasiyalara əlçatanlığını təmin edir və onların şəxsiyyət kimi formalaşmasında iz buraxır. 

Azərbaycanda məktəblərdə şagirdlərin mobil telefondan istifadəsinin qadağan edilməsi nəzərdən keçirilməlidir. Düşünürəm ki, bu onların xeyirinə olacaq. Qərarlar şəklində bu qadağanı tətbiq etmək mümkündür”.
Demokrat.az

17:00 - 7 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin