Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub.
Bunu “Report”a açıqlamasında birliyin sədri Kəmalə Ağazadə deyib.
O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.
"Onların əksəriyyəti 5 yaşadək olan körpələrdir. İki əməkdaşımız hazırda xəstəxanadadır", - o vurğulayıb.