Türkiyədə 29 yaşlı qadın evə gec gəldiyi üçün mübahisə etdiyi 61 yaşlı ərinə bıçaqla ağır xəsarət yetirib.
Asayis.Az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Antalya şəhərində baş verib.
29 yaşlı qadın əri evə gec gəldiyi üçün onunla mübahisə etməyə başlayıb və nəticədə 61 yaşlı kişini sinəsindən bıçaqlayıb.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım qrupları göndərilib. Hücumçu qadın polis tərəfindən saxlanılıb.
Yaralı xəstəxanaya çatdırılıb, vəziyyətinin isə ağır olduğu öyrənilib.
Faktla bağlı istintaq başladılıb. Araşdırmalar davam etdirilir.