Bakıda ölümlə nəticələnən yol qəzası - VİDEO

 Bakıda ölümlə nəticələnən yol qəzası - VİDEO

Dekabrın 5-i günorta saatlarında Xətai rayonu, 8 Noyabr prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Asayis.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Xəbərə görə, yaxınlıqda, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub.

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar", NİİM-dən bildirilib.

 

 

 

 

17:45 - 6 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin