"Azərbaycan dövləti hər zaman zabitə kifayət qədər xərc çəkir, oxudur, yetişdirir və müəyyən mərhələyə çatdırır. Təbii ki, zabit bu dövr ərzində çalışmalıdır ki, özündən sonrakıları formalaşdırsın”.
Asayis.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.
“Zabitlərimiz tək döyüşçü yox, həm də döyüşə rəhbərlik edəndir. Digər tərəfdən Azərbaycan kifayət qədər yeni texnika alır. Bunun işlənməsi və başqa nəsillərə ötürülməsinə zaman lazımdır. Təqaüdə getməyin də ən əsas səbəbi odur ki, qorxurlar ki, gələcəkdə hansısa səhvə yol verdiyinə görə ordudan uzaqlaşdırılacaqlar və təqaüd ala bilməyəcəklər. Lakin bu sahədə işləyən bütün insanların hamısı təqaüdünü alır. Mənə II Qarabağ müharibəsi və Aprel döyüşlərində iştirak edən və 43 yaşında təqaüdə çıxan şəxs ikinci iş axtardığını bildirdi. Deyir ki, böyük marketlərdə ona deyiblər ki, balıq təmizləsin. Böyük rütbəli adam necə gedib balıq təmizləsin?! Əsgərləri gəlib görəcək ki, komandiri balıq təmizləyir. Qanuna təklif edilən dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, öz işi ilə bağlı zabit funksiyasını necə yerinə yetirir.
Dislokasiya ilə bağlı məsələyə gəlincə, Azərbaycanın eni uzunu 3 top gülləsi boydadır. Üç top dalbadal atılsa o biri başa çatacaq. Ona görə də Azərbaycanda müxtəlif qüvvələr müxtəlif dislokasiyaya yerləşdirilir", - o qeyd edib.