Bu məhsullar gömrük rüsumundan azad edilir

 Bu məhsullar gömrük rüsumundan azad edilir

Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqlar, humanitar yardım kimi gətirilən mallar, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqlar gömrük rüsumundan azad ediləcək.

Asayis.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Həmçinin, dəyişikliyə əsasən, ölkəyə idxal edilən qızıl əşyalarının gömrük rüsumundan azad edilməsi halları müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

14:15 - 6 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin