"Deyirlər ki, Emil pis vərdişdən vəfat edib"

"Emil çox yaxşı əllərdə idi. Sabrina ona çox yaxşı baxırdı. Ailəsi, evi var idi. Toylardan, şou-proqramdan birlikdə yaxşı pul qazanırdılar. Hətta hərdən mən onlara gedəndə Emil "paçka" ilə yüzlükləri çıxarıb deyirdi ki, "Maaşa baxan adamsan, götür xərclə".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Xəzər axşamı" proqramında mərhum müğənni oğlu Emil Rəhmanoğludan danışarkən deyib. Sənətçi qeyd edib ki, bəziləri onun pis vərdişinə görə vəfat etdiyini iddia edir:

"Hər şeydən arxayın idim. Çünki Sabrina kimi çox gözəl ailəsi və övladları var idi. Reablitasiyadan çıxmışdı, yaxşı vəziyyətdə idi. Bəzi ağzıgöyçəklər deyir ki, "Emil pis vərdişdən dünyasını dəyişdi". Xeyr, vəfat edəndə həkimlərdən möhürlü sənəd almışam ki, ürəyində tromp olub. O bir xəstəlikdir, bəladır ki, insanların çoxu trompdan vəfat edir. Məgər, hamı başqa işlə məşğul olur?".

Qeyd edək ki, Emil Rəhmanoğlu sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.

11:30 - 6 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin