"Valideyn hansısa özəl bağçadan narazıdırsa, övladını həmin bağçaya göndərməyə bilər".
Asayis.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev özəl bağçalarla bağlı narazılıqla əlaqədar sualı cavablandırarkən deyib.
O bildirib ki, kimlərinsə arasında konflikt olubsa, dövləti çağırmağa gərək yoxdur:
"Bunun üçün hansısa cəzalandırma mexanizmi yoxdur. Dövlət cinayət, inzibati pozuntu olduğu zaman müdaxilə edə bilir. Lakin iki valideyn, şəxs arasındakı münaqişəni dövlət həll edə bilməz". (Apa)