“Taksilərin fəaliyyətində ciddi dəyişikliklərin şahidi olacağıq” - Ekspert

 “Taksilərin fəaliyyətində ciddi dəyişikliklərin şahidi olacağıq” - Ekspert

Taksilərlə bağlı problemlər bitmək bilmir. Taksi sifariş verilən zaman göstərilən məbləğ mənzil başına çatanda nədənsə dəyişir. Bu problem uzun müddətdir ki, var. Sosial şəbəkə istifadəçilərinin yazdıqlarındann belə məlum olur ki, sürücülər məkana çatmadan gözlə düyməsini vurduğu üçün təyin olunan yerə gələrkən qiymətdə dəyişiklik olur. 

Asayis.Az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı məsələyə Demokrat.az-a açıqlamasında münasibət bildirib:



“Belə hallar çox yayılıb. Onlayn ödəniş edən vətəndaşın hesabından pul çıxılır və yazılır ki, taksi çatdı, müştərini götürdü, amma məlum olur ki, taksi gəlməyib. Neqativ hallar çoxdur. Sükan arxasında mədəniyyətsiz, danışığını bilməyən, özünü normal aparmayan, bayağı musiqilərlə zəhlə tökən sürücülər əyləşir. Belə hallarla mübarizə iqtiqamətində yeni qaydalar qəbul edilib, yanvar ayının 1-dən tətbiq olunacaq. Buna əməl etməyən sürücülər də cərimələnəcək. Düşünürəm ki, bundan sonra belə hallar nisbətən azalacaq. İndiki halda mübarizə aparmaq üçün imkanlar zəifdir. Ümid edirəm ki, yanvarın 1-dən sonra taksilərin fəaliyyətində ciddi dəyişikliklərin şahidi olacağıq”.

10:00 - 4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin