Məşhur yazıçı vəfat etdi

 Məşhur yazıçı vəfat etdi

Dünyaca məşhur yazıçı Vasilis Vasilikos 89 yaşında dünyasını dəyişib.

Asayis.Az 
xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Qeyd edək ki, ən çox tanınan və tərcümə edilən yunan yazıçılarından biri olan Vasilikos həyatı boyu romanlar, hekayələr, pyeslər və şeirlər daxil olmaqla yüzdən çox kitab nəşr etdirib.

Onu dünyada tanıdan əsər “Z” romanı olub. Roman 1963-cü ildə yunan siyasətçisi Qriqoris Lambrakisin qətli ilə bağlı gerçək hadisələrdən ilhamlanaraq siyasi korrupsiyanın tənqidi idi.

Vasilikosu sürgünə göndərən Yunan polkovniklərinin (1967-1974) diktaturası dövründə qadağan edilən bu romanı yunan rejissoru Kosta-Qavras (1969) ispan yazıçısı Xorxe Semprunun ssenarisi ilə kinoya uyğunlaşdırıb.
 

15:00 - 2 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin