"Yuxusuzluq müalicə edilmədikdə xəstəliklərə və hətta ölümə yol açır" - AÇIQLAMA

uxu ilə insan beyninin fəaliyyəti hər zaman maraq doğurur. Bu mövzuda xeyli elmi araşdırmalar aparılsa da cavabsız suallar da qalmaqdadır. 

Asayid.Az xəbər verir ki, Klinik psixoloq Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, yuxu insan beyninin fəaliyyətsizliyidir: 

"Həyəcan və narahatlıqlarla yüklənmiş beyin üçün yuxu lazımdır. Yuxu stress və yorğunluğu bədəndən çıxartmaq üçün ən yaxşı vasitədir. Mənə görə yuxunun digər adı düşüncənin istirahətidir.

Yuxusuzluq müalicə edilə bilən xəstəlikdir. Müalicə edilmədikdə xəstəliklərə və hətta ölümə yol açır, depresiyanın inkişaf etməsində risk faktoru olur". 

Onun sözlərinə görə insan inandıqları, gördükləri və düşündükləri haqqında yuxular görür: 



"İnsanın yuxu görməsi və ya görməməsi normaldır. Hər iki hal normal haldır. Əgər insanın gördüyü yuxu və ya yuxunun olmaması onu narahat edirsə, o zaman mübahisə etmək olar.

Davamlı olaraq qarışıq yuxu görən şəxslər öz narahatlıqlarını və problemlərini yuxuda həll edirmiş kimi yaşayırlar. Bu, şəxsdə artıq təşviş yaradırsa, psixoloqa müraciət olunması məqsədəuyğundur. Əks halda təşviş halı böyüməyə davam edəcək. Psixologiya fərdi olduğu üçün yuxu da şəxsə görə dəyişir. Şəxsin gün ərzində düşüncə və davranışları yuxusuna təsir göstərir. Ona görə də gün ərzində istər özümüzlə, istərsə də başqaları ilə mübahisə etmək deyil, müzakirə etmək lazımdır".

17:00 - 1 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin