Jurnalistin evinə niyə istilik verilmir?

 Jurnalistin evinə niyə istilik verilmir?

Jurnalist Elmir Muradov 2 həftədən çoxdur ki, evində istilik sisteminin olmamasından narazılıq edir.

Bu barədə Globalinfo.az-a E.Muradov məlumat verib.

Onun sözlərinə görə, 2 həftədən çoxdur ki, Bəhruz Nuriyev 40 ünvanına verilən istilik düzgün təşkil edilməyib.

O, “Azəristiliktəchizat” ASC-yə dəfələrlə müraciət etsə də, heç bir nəticə olmadığını bildirib:

“2 usta göndəriblər, heç biri də istiliyin niyə zəif olduğunu tapa bilmir. Bununla bağlı “Azəristiliktəchizat” ASC-yə məlumat versəm də, problem hələ də öz həllini tapmayıb. Düşüb bir-bir qonşuların mənzillərini yoxlamışıq, istilik sisteminin havasını da çıxarmışıq, amma nəticə yoxdur. Hətta təxmini iki saat öncə sahə rəisi ilə danışdıqda baxış üçün adam göndərəcəyini desə də, daha sonra zənglərimə cavab vermir, adam da gəlib yoxlamır. Onu da qeyd edim ki, binamızın altındakı obyektlərdə istilik çox yaxşıdır. Maraqlıdır, bu necə olur ki, obyektlərə istilik normadan daha artıq verilir, bizdə isə ümumiyyətlə istilik yoxdur?”

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, problemi üst mərtəbədə yerləşən mənzildədir:

“Azəristiliktəchizat” ASC-nin məsuliyyət zonasına qazanxanalar, magistral və məhəllədaxili istilik xətləri daxildir. Biz istiliyi binanın girişinə qədər veririk. Hər hansı binadaxili, mənzildaxili problemlər birbaşa bizim məsuliyyət zonamıza daxil olmasa da, məsələyə həssas yanaşırıq. 9-cu mərtəbədə ev sahibi qapını açmalıdır ki, biz ora mənzildaxili baxış keçirə və qapalı ventili aça bilək. Ondan sonra hər şey qaydasına düşəcək. Aşağı istilik gəlirsə, deməli, biz binanı istiliklə təmin edirik”.

17:15 - 30 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin