Bir aydan çoxdur ki, Zaqatalada itkin düşmüş hindistanlı turist Manikanth Kondaveeti ilə bağlı xəbər var.
Məlumata görə, 29 yaşlı turistini son dəfə görən Ramazan adlı çoban polisə çağırılıb.
Əslən Masex kəndindən olan Ramazan dindirildikdən sonra sərbəst buraxılıb.
Kondaveeti üzərində demək olar ki, nəğd pul olmayıb. Amma maraqlıdır ki, onun taxdığı eynək Hindistanda xüsusi hazırlanıbmış. Atasının dediyinə görə, Manikanth Kondaveeti həddən artıq zəif görürmüş. O, eynəksiz demək olar ki, hərəkət edə bilmirmiş. Böyük ehtimalla adi bir vəziyyətdə eynəksiz qalan turist müvazinətini itirib. Onun uçquna məruz qalma ehtimalları da araşdırılır.
Kondaveetinin axtarışları isə davam edir. Hər gün onlarla insan turistin gedə biləcəyi yerləri addım-addım axtarır.