Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, qazilərə ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı:
"Bu, 60 faizdən çoxdur. Həmçinin onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri onların bir çoxunun evlərini ziyarət edərək, imkanlarını qiymətləndirib, onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərilib. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazimizi xəstəxanalarda, evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini qiymətləndiriblər".
Sahil Babayev əlavə edib ki, ötən il yarımlıq dövrdə 103 min müharibə iştirakçısı, müharibə əlili, şəhid ailəsinə 190 min xidmət göstərilib.