"Hesab edirəm ki, dərs yükünün ağırlığına yox, onların məzmununa yenidən baxılmalıdır”.
Asayis.Az Report-a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O qeyd edib ki, bu, hansısa fənlərin dəyişdirilməsi yolu ilə edilir:
“Əsasən şagirdlərin rəqəmsal bacarıqlarının artırılması istiqamətində bu həyata keçirilir. Lakin dərs yükünün çox olması ilə bağlı məsələyə baxmağa ehtiyac yoxdur”.