“Vesta Construction” şirkətinin tikdiyi bina uçur

 “Vesta Construction” şirkətinin tikdiyi bina uçur

“Vesta Construction” Şirkətinin Tikdiyi Bina Uçur: “ARXAMIZDA NİZAMİ RİH DAYANIR”

Bu barədə “Vesta construction” şirkətinin “MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən binanın sakinləri deyiblər.

Məlumatda qeyd olunur ki, 2019-cu ildə tam təhvil verilməli olan bina yarımçıq qalıb: 

“Biz artıq binada yaşayırıq, həyətimiz təhvil verilməliyib. Kran həyəti tutub, işləmir, sökülmür.” 

Bina sakinləri həyətin olmadığını, əksinə, təhlükəli olduğunu qeyd ediblər: 

“Burada hər an dəhşətli faciə baş verə bilər.”

Nizami Rayon İcra Hakimiyyəti isə məsələyə biganə qalır. 

Baxmayaraq ki, bu pilot layihədir, məsuliyyət ən yüksək səviyyədə olmalıdır, nəticə yoxdur. 

Fotolardan da göründüyü kimi bloklar bərbad vəziyyətdədir. 

Tavanlar çatlayıb, divarlar uçur, hər an insanların üzərinə aşa bilər. 

Dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə müraciət etsək də nəticəsi olmayıb, elə şirkət təmsilçiləri də icra başçısına arxalandıqlarını deyirlər.

Məlumat üçün qeyd edək ki, “Vesta construction” şirkətinin “MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən binanın sahibi Ceyhun Quliyev adlı şəxs olsa da, şirkəti sürücüsü Zeynal adlı şəxsin adına rəsmiləşdirib. 

Bu faktın özü artıq qaranlıq məqamlardan xəbər verir.

Qarşı tərəflin rəsmi saytına olan əlaqə vasitələrlə münasibət öyrənməyə çalışsaq da, nəticəsiz qalıb. 

Şirkətin mövqeyini də dərc etməyə hazırıq.


10:17 - 20 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin