Ermənistanda atışma olub, ölən və yaralananlar var

 Ermənistanda atışma olub, ölən və yaralananlar var

Ermənistanın Araqasotn rayonunda atışma olub.

Bu barədə “NEWS.am” xəbər verib.

Məlumata görə, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir neçə nəfər arasında baş verən qarşıdurma silahlı insidentlə nəticələnib. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan biri orada ölüb.

Qeyd edilir ki, atışma zamanı ov tüfəngindən istifadə olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Polis insidentin məişət zəminində baş verdiyini bildirib. Araşdırma aparılır.

01:01 - 20 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin