Son günlər sosial şəbəkələrdə Laçın şəhərinin Azərbaycanın nəzarəti altına keçməsi ilə bağlı videogörüntülər paylaşılıb. Yayılan videolar geniş müzakirələrə səbəb olub.
Hərbi ekspert Ədalət Verdiyev müsahibəsində bildirib ki, Laçın dəhlizinə çəkilən alternativ yol istifadəyə verildikdən sonra Laçın şəhərinə Azərbaycan ordusu tam nəzərət edəcək. Şəhərin Azərbaycana təhvil verilməsinə isə az alıb.
Sosial şəbəkələrdə Laçın şəhərinin nəzarətimizə keçməsi ilə bağlı yayılan videoları şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Laçın dəhlizindən Rusiya sülhməramlılarının alternativ yola köçürülməsi Laçında mövcud olan erməni silahlılarının da çıxarılması ilə nəticələnəcək.
Ədalət Verdiyev deyir ki, erməni silahlıların və təxminən 50-yə yaxın erməni ailəsinin Zabux ərazisində artıq köçürülmə təlaşı başlayıb. Onların narahat olmasının səbəbləri isə hamıya məlumdur.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan keçən yeni avtomobil yolunun inşasının cari ildə başa çatdırılması nəzərdə tutulub.