İldırım 20 nəfəri vurdu, hamısı öldü

 İldırım 20 nəfəri vurdu, hamısı öldü

Hindistanın qərbindəki Qucarat ştatında son 24 saat ərzində ildırım vurması nəticəsində azı 20 nəfər ölüb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması üzrə Dövlət Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, buna səbəb qeyri-adi güclü tufanlar olub. 

“Ştatın müxtəlif şəhərlərində əlverişsiz hava şəraiti və ildırım çaxması nəticəsində çoxlu sayda insan ölüm xəbəri məni dərindən kədərləndirib. Bu faciədə yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm”, - Hindistanın daxili işlər naziri Amit Şah bildirib. 

Qeyd edilib ki, güclü leysan Qucaratın müxtəlif yerlərində əkin sahələrinə ziyan vurub. Hindistan Meteorologiya Departamenti ştatın müxtəlif bölgələrində 16 saat ərzində 50 mm-dən 117 mm-ə qədər yağıntı qeydə alındığını barədə məlumat yayıb. 

11:45 - 28 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin