Ağstafadan Bakıya gəlməkdə olan sərnişin qatarı yolda qalıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Belə ki, Azərbaycan Dəmir Yollarına məxsus sərnişin qatarı 40 dəqiqəyə yaxın müddətdir Goran istiqamətində dayanıb. İlkin məlumatlara görə, qatarın dayanma səbəbi yaranmış nasazlıqla bağlıdır.
Qeyd edək ki, bir müddət öncə Ağstafa-Bakı sürətli sərnişin qatarında oxşar hadisə baş verib. Gərginliyin verilməsində qısa fasilə yarandığı üçün sərnişin qatarı yolda qalıb.