Ramiz Novruzun dünənki yanğında vəfat edən qohumu - FOTO

 Ramiz Novruzun dünənki yanğında vəfat edən qohumu - FOTO

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz noyabrın 23-də Ziya Bünyadov prospektində inşaat materialları bazarındakı dəhşətli yanğında vəfat edən dayısı Razi Qasımovla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aktyor qohumunun fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşərək bunları yazıb:

"Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə, təəssüf ki, sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət olsun. Uşaqlığım, hər şeyim səninlə getdi. Dəyərli xatirəmizdə yaxşı qalan insanlar yavaş-yavaş tərk etdi bizi. Səndə belə... Çox üzdün bizi."

Qeyd edək ki, ötən gün baş verən yanğında bir nəfər vəfat edib. 

 

14:00 - 26 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin