Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Cəbrayılda minaya düşən əməkdaşının sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub.
Bu barədə agentlikdən məlumat verilib.
"İyunin 17-də agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Nəticədə Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olununub. Hazırda vəziyyəti sabitdir.
Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - agentlikdən bildirilib.