Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur saat düz işləmir.
Asayis.Az xəbər verir ki, Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən və “Saatlı bina” adı ilə tanınan tikilidəki dördtərəfli saatın mexanizmində gecikmə yaranıb. Son günlər fərqin artıq 5 dəqiqəyə çatdığı görünür.
Vətəndaşların aktiv istifadə etdiyi yolların kəsişməsində yerləşdiyini nəzərə alaraq məsələ ilə əlaqədar “Bakı Abadlıq Xidməti” MMC-yə sorğu ünvanladıq. Saata texniki xidmət göstərən qurumdan “Qafqazinfo”ya bildirildi ki, yaranmış gecikmə gün ərzində aradan qaldırılacaq.