Türkiyənin paytaxtı Ankarada qonşular arasında yaranan mübahisə zamanı ikisi uşaq olmaqla 5 nəfər güllələnib.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Eyni ailədən olan 4 nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb”, - məlumatda qeyd edilib.
Bildirilib ki, daha əvvəl səs-küy səbəbindən qonşular arasında vaxtaşırı mübahisələr yaranıbmış. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.