Məktəblərdə dövlət hesabına qidalanma - “Bu, ailənin büdcəsinə də xeyir edər”

 Məktəblərdə dövlət hesabına qidalanma - “Bu, ailənin büdcəsinə də xeyir edər”

Milli Məclisin iclasında deputat İltizam Yusifov təklif edib ki, kiçik siniflərin şagirdləri və aztəminatlı ailələrin uşaqlarının məktəblərdə qidalanması dövlət hesabına həyata keçirilsin və buna nəzarət təmin olunsun.

Asayis.Az xəbər verir ki, deputatın təklifinə sosioloq Lalə Mehralı açıqlamasında münasibət bildirib: 



“Əla təklifdir. SSRİ dövründə də məktəblərdə qidalanma dövlət hesabına idi, səhər və günorta olmaqla gündə iki dəfə yemək verilirdi, hər birində də fərqli menyu. Doğrudur, sonrakı illərdə bu sistem ləğv olundu, amma yenə də bütün məktəblərdə bufet var, şagirdlərin qidalanmasını təmin etmək mümkündür. Uşaqlar məktəbdə dərslər bitəndən sonra dərhal hazırlığa gedirlər, çöldə qidalanmağa məcbur olurlar. Bəzi valideynlər uşağa evdən yemək qoya bilir, bəzilərinin buna zamanı olmur. Yaxşı olardı ki, məktəb tərəfindən bu təmin edilərdi, lap gündə bir dəfə də yemək verilə bilər. Amma bütün şagirdlər üçün olsa daha yaxşı olar”. 

L.Mehralı deyib ki, qidalanma təmin edilsə, buna nəzarət mexanizmi də hazırlanacaq: 

“Uşaqların sağlam qidalanması üçün nə lazımdırsa, ediləcək. Böyük xərc tələb edən menyudan danışmırıq, bir növ yemək və meyvə verilə bilər. Dünya ölkələrinin əksəriyyətində bu sistem mövcuddur, bəzilərində dövlət hesabına, bəzilərində isə simvolik məbləğə. Məsələn, ay ərzində valideynin uşağın çöldə qidalanmasına 100 manat xərci çıxırsa, bu məbləğin 25-30 faizini ödəməklə onun sağlam qidalanması təmin edilə bilər. Bu, ailənin büdcəsinə də xeyir edər. Düşünürəm ki, dövlət hesabına həyata keçirilməsinə də büdcə imkan verir”. 

Demokrat.az

16:00 - 23 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin