Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Bu barədə Asayis.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.