Qonşu ölkədə dollar ucuzlaşır, manatı nə gözləyir? - AÇIQLAMA

 Qonşu ölkədə dollar ucuzlaşır, manatı nə gözləyir? - AÇIQLAMA

Moskva birjasında dollar ucuzlaşmağa davam edir. 

Asayis.Az 
APA-ya istinadən xəbər verir ki, noyabrın 21-də ABŞ dollarının məzənnəsi 88 rubldan aşağı olub. Rusiyanın valyuta bazarının dinamikasında dönüş nöqtəsi oktyabrın 11-də baş verib. Belə ki, həmin gün axşam saatlarında məlum olub ki, prezident Vladimir Putin ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi repatriasiyası və satışı haqqında fərman imzalayıb.

Dolların rubl qarşısında ucuzlaşması manatın məzənnəsinə də təsir edə bilərmi?


İqtisadçı ekspert Fərid Mehralızadə açıqlamasında deyib ki, hazırda manatın məzənnəsinə təsir gücü olan yeganə amil enerji daşıyıcılarının qiymətləridir: 

“Azərbaycanın ixrac gəlirlərinin 90 faizi, büdcə gəlirlərinin isə yarısına yaxını enerji gəlirləri hesabına formalaşır. Yəni, ölkəyə valyuta girişi əsasən enerji sektoru hesabına baş verir və hazırda tədiyə balansında müsbət saldo müşahidə olunur. Bu baxımdan, enerji daşıyıcılarının qiyməti hökumətin proqnozundan aşağı düşüb uzun müddət o həddə qalmadıqca manatın məzənnəsində dəyişiklik riski aşağıdır. Ancaq Azərbaycan iqtisadiyyatı enerji asılılığını aradan qaldırmadıqca bu risk daim qüvvədə olacaq”.

15:45 - 22 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin