Bakıda baş tutmuş 2022 "Formula 1" Azərbaycan Qran Prisi ərəfəsində iyunun 6-dan bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə verilir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumatda bildirilib ki, iyunun 14-dən 20-dək yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, "Formula 1" yarışının təşkilat komitəsi tərəfindən görülən işlərə uyğun olaraq yolların tam açılması təmin olunacaq:
“Bu müddət ərzində məhdudiyyət tətbiq olunan yollarda mərhələli formada bağlanan küçələrin açılması təmin edilir”.