Ölkəyə qayıdan baş redaktor Bakı Hava limanında saxlanıldı

 Ölkəyə qayıdan baş redaktor Bakı Hava limanında saxlanıldı

Noyabrın 21-nə keçən gecə “Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılıb.

Turan-ın müxbirinin verdiyi məlumata görə, Vaqifqızı birbaşa təyyarədən düşərkən saxlanılaraq  Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.

Bir gün əvvəl “Abzas Media”nın direktoru Ülvi Həsənli qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb.

Vaqifqızı Azərbaycan məmurları arasında korrupsiya faktları ilə bağlı apardığı jurnalist araşdırmaları ilə tanınır.

O, əvvəllər peşə fəaliyyətinə görə məhkəmə çəkişmələrinə və digər təzyiqlərə məruz qalıb.

Saat 03.30 radələrində Sevinc Vaqifqızı evə gətirilib və vəkil Elçin Sadıqovun iştirakı ilə axtarış başlayıb. 

Demokrat.Az

11:00 - 22 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin