Azərbaycanda yayımçının lisenziyası ləğv edildi

 Azərbaycanda yayımçının lisenziyası ləğv edildi

Audiovizual Şurada iclas keçirilib və yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub.

Şuradan ABC.AZ-a verilən xəbərə görə, Şuranın müvafiq qərarları ilə “Sweet TV Group AZ” MMC-yə (operatorun xidmət adı: “Sweet TV”) və “Konnekt” QSC-yə (operatorun xidmət adı: “NNTV”) universal platforma operatoru lisenziyaları, “Konnekt” QSC-yə (provayderin xidmət adı: “NNTV Kinoteatr”) sifarişli yayım xidməti provayderi lisenziyası, “Şou Plus Media” MMC-yə (televiziya redaksiyasının adı: “Show Plus TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş və hazırda fəaliyyət göstərməyən “Startelecom” MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə Şuraya müraciəti müzakirə olunub, müvafiq qərar ilə “Startelecom” MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.

18:00 - 21 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin